Mərkəzi soyutma sistemləri
Chiller və kompressor əsaslı mərkəzi soyutma — stabil temperatur və enerji səmərəliliyi.
Əsas üstünlüklər
Mərkəzi soyutma sistemləri — Ətraflı məlumat
Mərkəzi soyutma sistemləri iri obyektlərdə vahid və idarəolunan temperatur təmin edir. Aysberg chiller, kompressor stansiyası, boru kəməri və avtomatika inteqrasiyasını bir paketdə təqdim edir.
Harada tətbiq olunur?
Ticarət mərkəzləri, istehsalat sexləri, soyuq anbar kompleksləri və çoxzonali obyektlər üçün mərkəzi həllər hazırlanır. Sistem yükü, eyni zamanda işləyən zonalar və enerji sərfi nəzərə alınır.
Xidmət dairəmiz
- Layihələndirmə və avadanlıq seçimi
- Kompressor/chiller təchizatı
- Boru, klapan və idarəetmə quraşdırması
- İşəsalma, balanslaşdırma və servis
Məqsədimiz sabit iş rejimi, az enerji itkisi və uzunömürlü istismardır. Ehtiyat hissələri üzrə dəstək Aysberg filiallarından əldə edilə bilər.
Layihə konsultasiyası lazımdır?
Mühəndislərimiz Azərbaycan üzrə pərakəndə, topdan və sənaye layihələri üçün soyutma həlləri hazırlayır.